F-1.az xatırladır ki, Ferrari komandasının sürücüləri Fettel və Rəykkönenin müqaviləsi ilin sonunda başa çatır və italyanlar hələ də pilotlarıyla yeni müqavilə bağlamayıblar. Digər tərəfdən isə, bəzi şayiələrə əsasən, Maks Ferstappen Red Bull-dan ayrılmaq istəyir.
Lakin bütün bunlara baxmayaraq, Ferrari-nin növbəti mövsüm də Fettel-Rəykkönen cütü ilə davam etməsi və 2019-cu ildə Ferstappeni heyətinə qatması gözlənilir. Ancaq Ferrari-nin maraqları Helmut Markonu narahat emir: “Maksın müqaviləsi var və hər şey açıq-aydındır. O, bizim sürücümüzdür və komandamız üçün yarışmağa davam edəcək. Ferrari istədiyini edə bilər və kimlə istəsə, maraqlana bilər. Amma bizim sürücülərimizə toxuna bilməzlər”.