F-1.az xatırladır ki, “qırmızılar” keçən il düzlüklərdə çox sürətli olmuş və bunun hesabına Belçika, İtaliya yarışlarında qələbələr qazanmışdılar. Lakin Mercedes və Red Bull komandaları Ferrari barədə FİA-ya şikayət etmiş və araşdırma başlandıqdan sonra italiya komandası düzlükdəki sürətini itirmişdi. Bundan Əbu Dabidə Leklerin bolidində FİA-ya bildiriləndən çox yanacaq çıxmışdı. Hətta, Red Bull komandası Əbu Dabi yarışından Leklerin xaric olunmasını istəmişdi.
Helmut Marko: “Ümid edirəm ki, Ferrari gələn il belə dəlilik etməz. Əgər bu il də qaydaları pozsalar, onları protest edəcəyik”.