H.Marko: Ferrari-nin geridən başlamasına görə xoşbəxtik

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Ferrari-nin Kanada yarışına geridən başlaması onlar üçün yaxşı olub.

F-1.az xatırladır ki, Red Bull komandası Monrealdakı yarışa Maks Ferstappenlə pouldan başladığı halda, Ferrari Karlos Saynsın da cəzası ilə yarışa 10 və 11-ci yerdən start vermişdi.

Lakin Maks Ferstappen Kanadada əvvəlki yarışlardakı kimi rahat deyildi. Əvvəlki yarışlarda 15-20 saniyə fərqlə qələbələr qazanan niderlandlı sürücü bu dəfə ikinci yerdəki Fernando alonsonu 9 saniyə qabaqlaya bilib. İspaniyalı sürücünün son 20 dövrədə yanacaq sistemindəki problemə görə yavaşlaması da buna kömək edib. Yoxsa fərq daha da az ola bilərdi.

Helmut Marko düşünür ki, Ferrari-lərin gerilərdən başlaması onlar üçün ən gözəl hadisə olub. “Qırmızılar” yağışlı havadakı sıralanma turunda 10 və 11-ci olsalar da, yarışda tək pit-stoplu strategiya seçərək, finişə 4 və 5-ci yerdə çatıblar.

Helmut Marko: “Asan yarış deyildi. Hard təkərlərin temperaturunu tənzimləməkdə çətinlik çəkdik. Yarış düçündüyümüzdən daha çətin idi. Amma bəxtimiz onda gətirdi ki, Ferrari gerilərdən başladı, çünki hər iki təkər dəstində də ən güclü onlar idi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*