H.Marko: “Ferrari-ni bir dövrə qabaqlaya bilərdik”

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko artıq Ferrari-dən sürətli olduqlarını deyib.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” mövsümə pis başlasalar da, son 4 yarışdan ikisini qazanmışdılar. Macarıstan yarışana pouldan başlayan Red Bull son dövrələrdə yeni təkərli Həmiltonun hücumlarına tab gətirə bilməyərək, ikinciləyə razı olmuşdu.

Helmut Marko: “Macarıstanda yaxşı performans göstərdik. Ferstappen yarışın sonlarında Həmiıtonun yeni təkərlərinə qarşı yaxşı mübarizə apardı. Mercedes ikinci pitə gəldikdən sonra pit-stop etməyə vaxtımız yox idi. Cümə günü təkər yeyilməsini dəyərləndirə bilmədik. Buna görə də hazır deyildik. Lakin sürətli idik və Ferrari-ni bir dövrə qabaqlaya bilərdik. İşləməyə davam etməliyik. Maks bu il möhtəşəmdir. Yay tətilindən sonra Honda yeni güc qurğuları gətirəcək. Mühərrik cəhətdən liderlərə yaxınıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*