H.Marko: Ferrari-ni ancaq təbrik edirəm

Red Bull şirkətinin idman məsləhətmçisi Helmut Marko düşünür ki, hazırda həm dözümlülük, həm də təkərə nəzarət etməkdə Ferrari-dən geri qalırlar.

F-1.az xatırladır ki, Red Bull komanda olaraq, Albert Parkda Ferrari-yə qarşı heç bir varlıq göstərə bilməyib. Üstəlik Maks Ferstappen problem yaşayaraq mübarizəni dayandırıb. Niderlandlı sürücü hazırda lider Leklerdən 46 xal geridədir.

Helmut Marko: “Fettel ilə 60 xal geridən gələrək çempion olduğumuz mövsümü xatırlayıram…

Hazırda mübarizəyə təsir edən iki ya da üç amil var. Əvvəlcə keçən il rastlaşmadığımız etibarlılıq problemləri ilə rastlaşırıq. Ancaq Albert Parkda Ferrari-dən çox geri qalırdıq. Təkərləri yeyilmədən yarışı qazandılar. Maks aranı bağlamaq istəyəndə Lekler asanlıqla cavab verirdi. Medium təkərlərlə çox çarəsiz idik. Çox aşınma yaşayırdıq. Mercedes belə bəzən bizdən sürətli idi. Hard təkərdə daha yaxşı görünsək də, Ferrari başqa sinifdə idi. Onları ancaq təbrik edə bilərəm. Onların tempinə təəccübləndik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*