F-1.az xatırladır ki, “gümüşü oxlar” qış testlərində zəif təsir bağışlayıblar. Testlər ərzində bolidin arxa tərəfi özünü əsəbi aparıb. Testlərdən sonra komandanın yarış direktoru Andyu Şovlin də vəziyyətin çətin olduğunu deyib.
Helmut Marko: “Mercedes-in əsl potensialını görmədik. Onlarda elektronik problemləri var və əminəm ki, araşdıracaqlar. Üç gün ərzində onların problemlərini gördük. Testlərdə yarım gün belə itirmək faciəvidir”.