H.Marko: “Əsas yeniliklər Kanadada olacaq”

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Renault Kanadada mühərriklə bağlı çoxlu yeniliklər edəcək və ondan sonra rəqabətədavamlı ola biləcəklər.

F-1.az xatırladır ki, Red Bull komandası mövsümöncəsi testlərdə daha çox etibarlılıq üzərində işləmiş və sürətli zaman nəticəsi demək olar ki, göstərməmişdi.

Avstriya təmsilçisi mövsümün ilk yarışında Ferrari və Mercedes-dən geri qalmış və Ferstappenlə 5-ci olmuşdu. Rikkardo isə mühərrik probleminə görə mübarizəni vaxtından əvvəl dayandırmalı olmuşdu.

Helmut Marko: “Avstraliyada yarış tempimiz bizi ümidləndirdi. Amma görməli olduğumuz çox işimiz var və ön qrupa çatmalıyıq. Monrealda mövsümün qalanı üçün vacib yarış olacaq. Barselonada kiçik yeniliklər olacaq, amma əsas yeniliklərin orada olacağını gözləyirik. Şassimizi də təkmilləşdiririk. Ümid edirəm ki, işlər qaydasına düşər və qələbə uğrunda mubarizə apararıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*