H.Marko: Əsas rəqibimiz Mercedes olacaq

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, gələn il əsas təhdid Ferrari yox, Mercedes olacaq.

F-1.az xatırladır ki, Red Bull bu il rahatlıqla çempion olub. İkinci yeri Ferrari, üçüncü yeri siə Mercedes tutub.

Helmut Marko: “Maksın Əbu Dabidə güclü bolidi var idi. Maks da peletonun ən sürətli pilotudur.

Son yarışlara yenilik gətirə bilmədik, çünki büdcə limiti var. Artıq pulumuz qalmayıb. Hazırda biz 2014-cü ilin Mercedes-i kimi deyilik. Mühərriyimiz elə də güclü deyil. O vaxt Mercedes-in motoru rəqiblərindən ən az 50 at gücü qüvvətli idi. Bu il də texniki reqlament yenilənmişdi və rəqiblərimiz bizim nə etdiyimizi gördü. Mercedes bizə daha yaxın olacaq. Onlardan qorxmalıyıq. Etibarlılıq cəhətdən Ferrari-dən üstündürlər”.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*