F-1.az xatırladır ki, “qırmızı öküzlər” Rodriqes Qardaşları trasında həmişə güclü olublar.
Helmut Marko: “Çempionatdakı liderliyimizi qorumaq üçün yaxşı fürsətimiz var. Mercedes-ə nisbətən kiçik turbodan istifadə edirik. Dəniz səviyyəsinin yüksək olması bizə üstünlük qazandıra bilər. Komanda olaraq Meksikadakı hədəfimiz qələbə dubludur.
Amerikada gücümüzü göstərə bildik, çünki Rusiya və Türkiyədə sazlanma tapmamışdıq. Təkərləri yaxşı qorumalıyıq”.