F-1.az xatırladır ki, Red Bull komandasının sürücüləri Maks Ferstappen və Daniel Rikkardo keçən il ümumilikdə 2 yarış qazanmışdılar. Amma bu il Red Bull komandası rəqabətədavamlı olmadığı üçün əsas rəqiblərindən geri qalırlar.
Helmut Marko: “Sürücülərimiz arasında mükəmməl balans qurmuşuq və hazırda peletonda ən yaxşı cütə sahib olan komanda bizik. Bolidimiz istənilən səviyyədə olmasa da, sürücülərimiz hesabına bu çatışmazlığı aradan qaldırmağa çalışırıq. Hazırda Həmilton və Fettel öndədirlər. Biz isə Bottasla Rəykköneni geridə qoyaraq zərəri minimuma endirmək istəyirik. Barselonada daha güclü bolidlə yarışacağıq. O vaxta qədər fərqin artmasına icazə verməməliyik”.