F-1.az xatırladır ki, Barselonadakı cümə sərbəst yürüşlərində Ferrari və Mercedes ilk yerləri zəbt etdiyi halda, Red Bull vahid dövrədə zəif görünüb. Lakin “qırmızı öküzlər” yarış tempində daha inamlə təsir bağışlayıblar. Ferrari isə uzun məsafədə daha tez zəifləyib.
Helmut Marko: “Yarış tempindəki gücümüz cəsartə vericidir. Vahid dövrədə isə ikinci sektordakı biri döngədə vaxt itiririk. Bunu həll edə bilərik. Yarış tempində bolidlərimiz təkərləri daha yaxşı istifadə edirdilər. Hazırda ən güclü bizik. Daha sonra isə Mercedes və Ferrari gəlir”.