F-1.az xatırladır ki, taylandlı sürücü bu il bütün sıralanma turlarında komanda yoldaşı Ferstappenə uduzub və ən yaxşı nəticəsi Ştiriya yarışındakı dördüncülük olub. 23 yaşlı pilot İspaniyada bərbad performans göstərərək, yarışı 9-cu yerdə bitirib. Buna görə də əksıriyyət gənc sürücünün tezliklə Red Bull-dan qovulacağını düşünür.
Helmut Marko: “Aleks İspaniyada zəif çıxış etdi, amma bu, onun səhvi deyildi. İspaniya onun ən pis yarışı idi, lakin inkişaf edir və onu başqa sürücü ilə əvəz etmək fikrimiz yoxdur”.