F-1.az xatırladır ki, Red Bull 12 yarışdan sonra bərbad performans göstərən Qaslini göndərərək, yerinə debütant Aleksander Elbonu gətiriblər. Lakin Aleksin komanda yoldaşı bu mövsüm podiuma yüksələrək, daha çox xal qazanıb. Buna görə də “qırmızı öküzlər”in seçimi hamını təəccübləndirib.
Helmut Marko: “Çox pozitivəm, çünki Elbon istədiyimiz səviyyədədir. İlk mövsümündə yaxşı nəticələr qazanır və hər yarış inkişaf edir. Aleksin Red Bull-la doqquz yarışlıq müqaviləsi var. Gələn il Maksın yanında kim yarışacaq bilinmir. Buna görə də özünü rahatlıqla təkmilləşdirə bilər. Elbon Kvyatdan daha güclüdür. Kvyat sürətli və hərtərəfli sürücüdür, ancaq bütün məlumatları təhlil etdikdən sonra Aleksi seçdik”.