H.Marko: De Friz ümidləri doğrultmadı

AlphaTauri-nin rəhbəri Frants Tost dəfələrlə bildirib ki, yeni sürücülərə Formula1-ə uyğunlaşmaq üçün iki tam mövsüm lazımdır.

F-1.az xatırladır ki, Niki komandaya məhz Helmut Marko cəlb edib, lakin Red Bull-un idman məsləhətçisi Mayamidəki yarışdan sonra niderlandlı sürücüyə “sarı vərəqə” göstərib. Monako Qran Prisi ərəfəsində isə təzyiqləri xeyli artırıb.

Helmut Marko: “Bu günə kimi Nik ümidləri doğrultmayıb. Onunla bu barədə açıq danışdıq, bütün mümkün variantları dilə gətirdik. Görək, necə inkişaf edəcək, sonra hər şeyi yenidən müzakirə edib, ola bilsin ki, qərar qəbul etdik”.

Xatırladaq ki, onun yerinə artıq bir neçə nəfərin namizədliyi səsləndirilib. Onlardan biri də Red Bull-un ehtiyat sürücüsü Daniel Rikkardodur. Lakin sonradan onun AlphaTauri-də mümkün işitrakı təkzib edilib.

Helmut Marko əvvəllər də mövsümün gedişində belə təyinatlara imza atıb…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*