F-1.az xatırladır ki, Red Bull komandası Bakıda Maks Ferstappenlə podium uğrunda mübarizə aparsa da, hollandiyalı sürücü mühərriklə bağlı problemə görə mübarizəni dayandırmışdı. Amma yarışın startından sonra pit-stop edərək, 17-ci pilləyə geriləyən Daniel Rikkardo böyük əzmkarlıq nümayiş etdirərək, Formula1 tarixinin ilk Azərbaycan Qran Prisində karyerasının 5-ci qələbəsini əldə etmişdi.
Helmut Marko: “Mövsümə doğrudan da pis başladıq və indi təkmilləşməyə başlamışıq. Sıralanma turunda sürətimizi nümayiş etdirə bilməsək də, bilirdik ki, tempimiz var. Danielin təhlükəsiz rejimdə sürməsini təmin etdik. Ekstra bir şey etmədik, çünki Maks problem yaşamışdı və diqqətli olmalı idik. Doğru yoldayıq. Bizim üçün əlverişli olan trasda qalib gələ bilərik.
Beşinci yerdən də qələbə mümkün idi. Bəs 10-cu yerdən başlayıb, 17-ciliyə geriləyəndən sonra mümkün idi? Biz həmişə mübarizənin içində idik. Daniel də son 4 yarışda çox qüsursuz idi. Əgər rəqabətədavamlı olsaq, rəqiblərimiz bizə çata bilməz. Qələbə qələbədir. Maksın da növbəsi gələcək. Gözləməliyik. Altı yarışda 4 dəfə finiş xəttini keçə bilməyib. Bu çətin haldır. Hələ komanda yoldaşı qalib gələndə işlər lap çətinləşir. Şassimiz güclüdür. Yeniliklər gətirməyə davam edirik. Renault mühərrik üzərində işləməyə davam edir. Daha əvvəl də dediyim kimi – növbəti yarışlarda qalib gələ bilərik.
Rikkardonun əyləc borusunda bəzi detallar var idi və pitə gəlməli idik. Maksın isə soyutma sistemində böyük detal var idi. Bəlkə də bu detal Maksın mühərriyini həddən artıq qızdırdı. Bu böyük karbon fiber parçası idi və mühərrik də 3 dövrədən sonra dayandı.
Problemləri həll etməliyik. Şikayət etməyin mənası yoxdur. Necə güclü ola biləcəyimiz barədə Renault ilə danışıqlar apardıq. Bütün bu problemləri həll etmək üçün çox işləməliyik. Sadəcə bizimlə yox, Toro Rosso ilə də yaxından əlaqə qurmalıdırlar”.