F-1.az xatırladır ki, “gümüşü oxlar” Bəhreyn yarışında zəif performans göstəriblər. Lyuis Həmilton yarışın qalibi Maks Ferstappendən 51 saniyə geridə qalıb.
Helmut Marko: “Mercedes-in konseptini dəyişəcəyinə əmin deyiləm. Düşünürdük ki, Bəhreyndə güclü olacaqlar.
Yeni konseptə keçmək üçün 3-4 yarış bəsdir, amma problem büdcə limitidir. Hazırda sınadığınız və yenidən yığdığınız hər şey büdcəni azaldır. Bu komandalar üçün asan deyil”.