F-1.az xatırladır ki, Red Bull qış testlərində çox inamlı görünüb və həm sıralanma, həm də yarış tempində sürətli olub.
Helmut Marko: “Bir il əvvələ nisbətə daha yaxşıyıq. Daha çox kilometr qət etdik və bolid problemsiz işləyir. Dərhal detallara kökləndik.
Mercedes və Ferrari yenidən dalğalanma problemi yaşadılar, daha sonra şassini sazlayaraq, problemi həll etdilər. Lakin biz də inkişaf etmişik. Ancaq kimin hansı motor rejimində ya da neçə kilo yanacaqla işlədiyini bilmirik”.