F-1.az xatırladır ki, Red Bull komandası 2010-2013-cü illərdə ardıcıl 4 dəfə Dünya Çempionu titulunu qazanıb, amma Formula1 turbo mühərriklərə keçdikdən sonra komanda çempionluq mübarizəsindən uzaqlaşıb.
Helmut Marko bildirib ki, onlar hələ çempionluq mübarizəsi apara bilməyəcəklər: “Mühərriyi inkişaf etdirməklə bağlı proqramımız qaydasındadır, amma qələbə uğrunda mübarizə aparmaq üçün vaxt lazımdır.
Mövsümün ilk yarışında Mercedes AMG dubl edəcək. Onlardan sonra böyük ehtimalla Ferrari-lər gələcək və daha sonra isə Force İndia, Williams, Toro Rosso və Red Bull arasında gərgin mübarizə gedəcək.
Mövsümün ortasında güc qurğusu daha yaxşı vəziyyətdə olacaq. Ona görə də mövsümü üçüncü yerdə bitirə bilərik.
Helmur Marko bildirib ki, Toro Rosso komandası Red Bull-u qabaqlaya bilər: “Onlar mövsümün əvvəlində bizi qabaqlaya bilərlər. Amma mövsümün ortasında işlər dəyişə bilər.
Onlar Ferrari-nin 2015-ci il mühərriyindən istifadə edirlər və onu inkişaf etdirə bilməyəcəklər. Ona görə də mövsüm ərzində zəifləməyə başlayacaqlar”.