H.Marko: Beş yarışın ləğvi 100 milyon dollar itki deməkdir

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, 5 yarış ləğv edilsə, komandalar 100 milyon dollar itirəcəklər.

F-1.az xatırladır ki, Koronavirus pandemiyasına görə mövsümün ilk 8 yarışından 6-ı təxirə salınıb.Monako və Avstraliya yarışıları isə ləğv edilib.

Keçən həftə isə komanda rəhbərləri, Liberty Media və FİA arasında keçirilən iclasdan sonra 2021-ci ildəki yeni texniki və idman reqlamenti bir il təxirə salınaraq 2022-ci ilə keçirilmişdi.

Helmut Marko: “Məntiqli qərardır. Bütün komandalar resurs itirəcəklər. Beş yarış ləğv edilsə, 100 milyonluq itki olacaq. Amma indi reqlamentimiz stabil olaraq qaldı. Büdcə limiti də azala bilər”.

Red Bull komandasının Avstraliyada ev trası da var. Lakin pandemiyaya görə buradakı yarışın taleyi də müəmmalıdır. Ancaq Marko yarışı keçirəcəklərini deyib: “Keçirilməlidir. Marketinq tədbirlərinə may ayında başlamalıyıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*