F-1.az bildirir ki, Red Bull komandasının idman məsləhətçisi Helmut Marko pandemiya ilə bağlı vəziyyət müsbət yöndə inkişaf edəcəyi halda tribunalara məhdud sayda azarkeş buraxmağın mümkün olacağını düşünür.
Helmut Marko: “Təhlükəsizlik tədbirləri konsepsiyasını təsdiq üçün göndərdik və Səhiyyə Nazirliyinin tezliklə cavab verəcəyini gözləyirik. Bu konsepsiya yarışın boş tribunalar önündə keçiriləcəyini nəzərdə tutsa da, koronavirusla bağlı müsbət dinamika davam edəcəyi halda, məhdud sayda azarkeşlərin yarışı tribunadan izləməsi mümkün ola bilər”.