H.Marko: Avstriya yarışı baş tutacaq

Red Bull şirkərinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Avstriya yarışı azarkeşsiz keçiriləcək.

F-1.az xatırladır ki, mövsümün ilk 9 yarışından 7-i təxirə salınıb, 2-i ləğv olunub. Fransa yarışı da böyük ehtimalla təxirə salınacaq. Belə olan halda mövsüm Avstriya yarışı ilə başlmalıdır. Yarış iyulun 5-də baş tutmalıdır və Helmut Marko hazırlıqlarını davam etdirdiklərini deyib: “Hələ qərar verməmişik. Ancaq hər şey yaxşıya doğru gedir və yarışa hazır olacağıq. Amma təbii ki, koronavirusa yoluxanların sayı da azalmamlıdır və təhlükəsizlik tədbirlərinə riayət olunmalıdır.

Əgər yarış baş tutsa, azarkeş olmayacaq. Neçə jurnalistin qəbul ediləcəyi ilə bağlı isə hələ heç nə deyə bilmərik. Ən azından hazırda doğru yöndəyik. Yarış iyulun 5-də baş tutacaq. Red Bull Ring-də ikinci yarışın olub-olmayacağı hələ bilinmir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*