H.Marko: AlphaTauri-nin nəticələri qəbuledilməzdir

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, AlphaTauri-nin nəticələri ürəkaçan olmayıb.

F-1.az xatırladır ki, AlphaTauri komandası 2022-ci ildə gözləntiləri qarşılaya bilməyib və mövsümü 9-cu yerdə bağlayıb.

Helmut Marko: “Potensial, texniki və maliyyə cəhətdən qəbulolunmaz nəticədir. Strategiyada çox səhv etdilər və boliddə asfaltayatmaqüvvəsi az idi. Hazırda vəziyyəti dəyərləndiririk. Görək nəyi düzəldə bilərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*