F-1.az xatırladır ki, Toro Rosso komandası bu ildən etibarən Honda mühərriklərindən istifadə edəcək.
Helmut Marko: “Honda əla işləyir və hazırda yaxşı vəziyyətdədirlər. Bəlkə, Renault ilə eyni səviyyəyə gələ bilərlər. Hamı çox faydalı işləyir və gördükləri işdən razıyıq. Sözün açığı, düşünürəm ki, Alonso Honda-nı pis göstərmək üçün əlindən gələni etdi. Həmişə şikayət edirdi və onlara dəstək olmadı. Onların ən pis cəhətləri sıralanma turu idi. O mövzuda da lazımi işləri görürlər”.