H.Marko: Alonso hələ də yarış qazana bilər

Red Bull şirkətinin idman direktoru Helmut Marko bildirib ki, Sebastyan Fettellə Fernando Alonsonun vəziyyətləri ziddir.

F-1.az xatırlaıdr ki, Fernando Alonso keçən il ikiilik fasilədən sonra idmana qayıtsa da, gözəl performans göstərir və istedadından heç nə itirməyib. İspaniyalı sürücü iki il Alpine-də yarışdıqdan sonra gələn il Aston Martin-in şərəfini qoruyacaq.

Helmut Marko: “Sebastyanın təqaüdə çıxdığı ilə bağlı danışığı çox güclü idi. Bu onu göstərir ki, məqsədi başqadır. Bilir ki, artıq rəqabətədavamlı maşın tapa bilməyəcək. Buna görə də düzgün qərar verdi. Sürdüyü maşın podiuma belə çıxa bilmir. Əgər ürəkdən sürə bilmirsənsə, getməlisən.

Fernando isə hələ də çox sürətlidir. Hələ də var qüvvəsi ilə yarışır. Mənim üçün mövsümün surprizi odur. Hələ də yarış qazana bilər. Hər şey Aston Martin-dən asılıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*