H.Marko: 100-cü yarışı qazanacağımıza inanmırdım

Red Bull şirlətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Kanada yarışı gözlədiklərindən çətin keçib.

F-1.az xatırladır ki, Maks Ferstappen pouldan başladığı yarışı rahatlıqla qazanıb. Niderlandlı sürücü özünün 41-ci, Red Bull komandasının isə 100-cü qələbəsinə imza atıb.

Qeyd edək ki, indiyə kimi Formula1-də sadəcə 4 komanda 100 qələbə səddini aşıb. Bunlar Ferrari (242), McLaren (183), Mercedes (125) və Williams (114) komandalarıdır. Red Bull komandası bu kluba girən 5-ci komandadır.

Maks Ferstappen yarış vaxtı bir quşa çırpılıb. Quş yarışın sonuna qədər bolidin əyləc sistemində qalıb. Buna baxmayaraq niderlandlı sürücü yarışı rahatlıqla qazanıb. Komandanın digər sürücüsü Serxio Peres isə 6-cı yeri tutsa da, sürətli dövrəyə imza atıb.

Helmut Marko: “Yüzdən çox yarış qazanmış komandalar arasına girəcəyimizi heç vaxt düşünməmişdik. Avstriyadakı yarışa 100-cü qələbəni qazanaraq getmək Şpilberqdə qazanmağa çalışmaqdan daha yaxşı hiss etdirir.

Kanadadakı ysrış gözlədiyimizdən daha çətin idi. Təkərləri qızdırmaqda çətinlik çəkdik. Xüsusən də Hard təkərlərlə. Ferrari sürücülərinin çox geridən başlaması yaxşı oldu, çünki hər iki təkərlə də onlar ən sürətli idilər.

Yarış vaxtı Maks iki pis hadisə yaşadı. İlk olaraq quşa çırpıldı. Bu onun üçün pis nəticələndi. Bəxtimiz gətirdi ki, soyutma sistemi sağlam idi. Maşında başqa problem olmadı.

İkincisi isə porebriklərə hücum edərkən özünə çox güvəbirdi. Böyük ekranlardan onları necə keçdiyini gördümü bilmirəm. Maks nəyə qadir olduğunu göstərdi. Vəziyyəti anlamaq istedadı inanılmazdır. Hazırda baş verənlər onun üçün geridə qaldı, çünki o həmişə önə doğru baxır”.

Qeyd edək ki, Red Bull komandası Formula1-də 2005-ci ildə debüt edib. Onlar 19 il ərzində 100 qələbə, 5 Mühəndislər Kuboku, 6 Sürücülər Çempionatı qazanıblar. Red Bull komandası keçən il 17, 2013-cü ildə isə 13 qələbə qazanıblar. Lakin belə görünür ki, onlar bu il yeni rekorda imza atacaqlar, çünki onlar mövsümün ilk 8 yarışında qalib gəliblər.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*