F-1.az xatırladır ki, almaniyalı sürücü 2013-2016-cı illərdə Lyuis Həmiltonla komanda yoldaşı olmuş və son mövsümündə britaniyalı sürücünü məğlub edərək Dünya Çempionu titulunu qazanmışdı. Lakin Rosberq çempion olduqdan 6 gün sonra gözlənilmədən istefa verərək karyerasını bitirmişdi. Buna görə də əksəriyyət onu tənqid edir.
Heykki Kovalaynen: “Formula1 zehni və fiziki cəhətdən çətin idman növüdür. Həmiltonla komanda yoldaşı olan sürücülərə fikir verin. Onun zəif cəhətlərindən təkcə Rosberq faydalana bildi. Niko onun zəif yönlərini tapdı və çempion olmaq üçün onlardan istifsdə etdi. Məncə, onun uğurlarını insanlar çox kiçildirlər. Həmilton kimi sürücünü eyni maşında məğlub etmək çox çətindir. Ondan əvvəl isə Şumaxerə qarşı mübarizəsini də qeyd etmək lazımdır”.