F-1.az xatırladır ki, Felipe Massa 2008-ci ilin Macarıstan yarışında birinci yerdə gedirdi, amma sona 3 dövrə qalmış mühərrik probleminə görə mübarizəni dayandırmalı olmuşdu. Yarışı isə Heykki Kovalaynen qazanaraq, karyerasının ilk qələbəsini əldə etmişdi. Buna baxmayaraq, finlandiyalı sürücü yarışdan sonra qələbəni çox sakit formada qeyd etmiş və mətbuat konfransında Felipeyə görə məyus olduğunu demişdi. Lakin Heykki Kovalaynen bu günlərdə verdiyi müsahibədə bildirib ki, bu sözləri Ron Dennisin təzyiqi ilə deyib: “Yarışdan sonra McLaren-in mətbuat katibi Stiv Kuperko yanıma gəldi və dedi ki, Felipe Massanın problemini unutma, danışığına fikir ver. McLaren-in istədiyi kimi danışmalı idim. Mənə dedi ki, sadə ol və Felipeni xatırla”.
H.Kovalaynen: Ron Dennis hər işimə qarışırdı
Sabiq Formula1 sürücüsü Heykki Kovalaynen bildirib ki, Macarıstanda qazandığı qələbədən sonra mətbuat konfransında dediyi sözləri Ron Dennis təyin edib.