F-1.az xatırladır ki, Kovalaynen 2008-ci və 2009-cu illərdə britaniyalı sürücüyə komanda yoldaşlığı etədərk, hər iki mövsümdə də Həmiltona məğlub olmuşdu.
Heykki Kovalaynen: “Lyuislə xoş xatirələrim olub. O çox güclü və sürətli komanda yoldaşıdır. Amma yenə də onunla işləmək çox gözəl idi. Mən Lyuislə problem yaşamadım. Valtteri və ya başqa bir sürücünün də yaşayacağını zənn etmirəm. O da digər sürücülər kimi işini ən yaxşı formada görmək istəyir.
Lyuis bolidə mindikdən sonra hər şeyi etməkdə sərbəstdir. Kimsə onu sürüş tərzinə görə günahlandırmamalıdır.
Valtterinin birillik müqaviləsi məntiqlidir. Uzunmüddətli müqavilələr problem yarada bilir. Ona verilən şansdan yaxşı istifadə etsə, yeni müqavilə əldə edəcək”.