H.Barter F3-də debüt edəcək

Campos komandası keçən il öz heyətində F4-də yarışan və mövsümü ikinci sırada başa vuran 17 yaşlı sürücüyə bu il F3-də mübarizə aparmaq şansı verəcək.

F-1.az xəbər verir ki, gənc sürücü artıq iki gün ərzindədə 63 dövrə vuraraq, payızdakı gənc sürücülər testində maşınla tanış olub.

Hyu Barter: “Bu il Campos Racing üçün Formula3-də sürəcəyimi elan etməkdən çox məmnunam. Formula4-də uğurlu mövsümdən sonra komanda ilə işləməyə davam etmək əladır. Bundan əlavə, əsas sponsorum – Platinum High Integrity Technologies-ə təşəkkür etmək istəyirəm. Onlar olmasaydı, bunların heç biri mümkün olmazdı”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*