Güzgülərin köçürülməsi Barselonaya qədər təxirə salınıb

FİA-nın dünən elan etdiyi yan pantonların üzərində güzgülərin yerləşdirilməsinə qadağa İspaniya Qran Prisinə qədər təxirə salınıb. Əvvəlcədən nəzərdə tutulmuşdu ki, […]

FİA-nın dünən elan etdiyi yan pantonların üzərində güzgülərin yerləşdirilməsinə qadağa İspaniya Qran Prisinə qədər təxirə salınıb.

Əvvəlcədən nəzərdə tutulmuşdu ki, Ferrari, Red Bull, Force İndia, Sauber, Toro Rosso, Williams və Hispania komandalarının mühəndisləri şassiyə artıq növbəti yarışa kimi düzəliş etməlidirlər, amma komandaların nümayəndələri bildiriblər ki, belə qısa vaxt ərzində dəyişiklik etmək mümkün deyil.

Qeyri-rəsmi məlumatlara görə, FİA-nın texniki xidmətləri mayın 6-na qədər müddəti uzadıblar – məhz bu gün İspaniya Qran Prisi ərəfəsində maşınların texniki təftişi keçiriləcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*