F-1.az bildirir ki, Hass komandasının rəhbəri Günter Ştayner isə hesab edir ki, konkret tarixlərdən danışmaq hələ çox tezdir.
“Nə vaxt davam edə biləcəyimizi bilmirəm. Bu il yarışacağımızı təsəvvür edə bilmirəm. Amma buna ümid edirəm. Ümid edək ki, dünya bu virusun öhdəsindən gələ, vəziyyəti nəzarət altına ala biləcək. Ondan sonra biz trasa qayıdacağıq”, – deyə Ştayner bildirib.