Günter Maserati-yə ilk qələbə qazandırıb

Bu gün İndoneziyanın paytaxtı Cakartada elektrikli maşınların Formula E dünya çempionatında mövsümün 11-ci yarışı baş tutub.

F-1.az xəbər verir ki, bu gün səhər çempionatda ardıcıl 2-ci poulunu qazanan Maksimilian Günter startda ilk mövqeyini qorusa da, komandası dünənki hadisədən düzgün nəticə çıxarıb və ilk dövrələrdə sürücüyə bir daha xatırladıb: bu trasda liderlik etmək daha çox enerji israfına səbəb olur.

Almaniyalı sürücü bu xatırlatmadan sonra bir neçə dövrə liderlik edərək hucum modunu aktivləşdirmək ümün trayektoriyadan çıxıb və Ceyk Dennisi irəli buraxıb. Ceyk də bir neçə liderlik etdikdən sonra hücum modunu aktivləşdirərək Mitç Evansı irəli buraxıb. Maraqlıdır ki, Ceyk Maksın önündə geri qayıdıb və ilk üçlük peletondan uzaqlaşmağa başlayıb. Mitç uzun müddət liderlik edib və yerini Ceykə verib.

Amma Andretti komandasının sürücüsü yenidən hücum modunu aktivləşdirərək liderlikdən imtina edib. Onun ardınca Maserati-nin sürücüsü Günter də yenidən Mitçi irəli buraxıb. Jaguar komandasının sürücüsü arxasındakı iki sürücüdən uzaqlaşa bilməyib və hücum modunu aktivləşdirərkən onlar irəli çıxıblar.

Bu zaman Günter Dennisi qabaqlayıb və dərhal da iki saniyə uzaqlaşıb. Mitçə isə komandası bildirib ki, əgər finişə çatmaq istəyirsə, ciddi qənaət rejiminə keçməlidir.

Dennis öndəki sürücüyə çatmaq üçün bir neçə cəhd etsə də, bunun mümkünsüz olduğunu başa düşüb. Mitçi isə bütün peleton haqlayıb. Onun arxasında da mövqe uğrunda aktiv mübarizə başlayıb. Amma Mitç əsas işini görüb və finişə qədər podiumu qoruya bilib.

Maksimilian Günter mövsümdə ilk qələbəsinə sevinib. Eyni zamanda bu il pouldan start alıb finişdə birinci olan ilk sürücü kimi tarixə düşəb. Bu qələb almaniyalı sürücü üçün 4-cü olub, amma onun Maserati komandası ilk dəfə qələbə sevinci yaşayıb.

Ceyk Dennis isə dünənki kimi, yenə də finişdə ikinci olub. Elə mövsümün cədvəlində də ikinci yerdə qərarlaşıb və yenidən liderliyi özünə qaytarmış Paskal Verlyayna cəmi bir xal uduzur: 134-ə qarşı 133 xal. Bu həftəsonunu bərbad keçirmiş Nik Kessidi isə 3-cü yerə geriləyib.

Mövsümün sonuna isə cəmi 5 yarış qalıb – 3 həftədən sonra sürücülər ABŞ-ın ən qərb avtodromunda, Oreqon ştatının Portland International Raceway trasında mübarizəni davam etdirəcəklər…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*