Günter Formula E-də ilk poulunu qazanıb

Bu gün Cakartada elektrik maşınların Formula E dünya çempionatında mövsümün 10-cü yarışı üçün sıralanma turu baş tutub.

F-1.az xəbər verir ki, cəmi bir düzlüyü olan süni salınmış küçə trasında ötmələr çox çətin olduğu üçün sürücülər bütün diqqətlərini sıralanma turuna yönəldiblər.

Ənənəvi olaraq, turnir cədvəlində tək və cüt yerlər üzrə təşkil olunmuş qruplarda mübarizə çox sıx alınıb.

A qrupunda Ceyk Dennis protokollara başçılıq edib – DS Penske komandasının hər iki sürücüsü və ABT Cupra-dan Robin Fryayns ilk dördlüyü tamamlayıblar. B qrupunda isə Maserati MSG komandasından Maksimilian Günter 1-ci olub, onun komanda yoldaşı Edoardo Mortara da 4-cü olub. Digər iki yeri isə Paskla Verlyayn və Rene Rast tutublar.

İlk qarşıdurma DS Penske sürücüləri arasında olub və ikiqat çempion Jan Erik Vern sonuncu çempion Stoffel Vandornu üstələyib. A qrupunun digər cütünün mübarizəsində Dennis Fryaynsdan güclü olub.

B qrupunda əvvəlcə almaniyalı sürücülər trasa çıxıblar və Verlyayn Rastdan sürətli olub. Maserati-nin iki sürücüsünün mübarizəsi isə daha bir almaniyalının – Günterin qələbəsi ilə yekunlaşıb.

A qrupunun qalibi Verni üstələyən Dennis olub, alman derbisində isə bu dəfə Verlyayn uduzub və Günter B qrupunun qalibi kimi finala yüksəlib.

Finalda isə Maserati-nin almaniyalı sürücüsü təcrübəli rəqibinə şans verməyib və karyerasınd ailk pouluna sevinib.

Bir neçə saatdan sonra Cakartadan sürücülər ilk yarışın qalibini müəyyən edəcəklər.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*