F-1.az xatırladır ki, Gulf Oil McLaren-lə tərəfdaşlıq etsə də, 2022-ci ilin sonunda tərəflər gözlənilmədən yolları ayırmışdılar.
Əslində Gulf ilə McLaren-in tərəfdaşlığı yaxşı gedirdi. Hətta, McLaren komandası 2021-ci ilin Monako yarışına xüsusi rəng çaları ilə çıxmışdı. Amma tərəflər yenə də müqaviləni uzatmamışdılar.
Lakin Gulf Oil idmandan ayrılmaq istəmir və buna görə də başqa komandalarla danışıqlar aparırlar. Bəzi iddialara görə onlar Williams komandası ilə anlaşıblar və müqavilə tezliklə açıqlanacaq”.