Güc qurğusunun reqlamenti daha bir il ləngiyə bilər…

Bu barədə Sky Sports-a Mercedes komandasının başçısı Toto Volff bildirib.

F-1.az bildirir ki, Şpilberqdə komanda başçılarının, motor istehsalçılarının, FİA və FOM rəhbərliyinin, eləcə də bəzi qonaqların iştirakı ilə toplantı baş tutmuşdu. Toplantıda 2025-ci ildə tətbiq olunması gözlənilən yeni güc qurğusu reqlamentinin müzakirəsi əsas mövzu idi.

Toplantıdan sonra FİA və FOM birgə bəyanat yayaraq, tezliklə gələcək güc qurğusunun detalları barədə ictimaiyyəti məlumatlandıracaqlarını bildirmişdilər. Amma Toto Volff bəyan edib ki, bu cür vacib məsələdə tələsməyə ehtiyac yoxdur…

Toto Volff: “İndidən gələcək qurğunun necə alınmasını təsəvvür etmək çətindir. Amma aydındır ki, onun hibrid hissəsi inkişaf etməlidir, hazırlanması ucuz başa gəlməlidir və bioyanacaqdan istifadəni təmin etməlidir. Daxiliyanma mühərriki dəyişməyəcək – bu, düzgün istiqamətdir,

Kompromis tapmalıyıq və yeni reqlamentin tətbiqini daha bir il təxirə salmalıyıq!”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*