Güc qurğuları 2023-də dondurulacaq?

Biz xəbər vermişdik ki, komandalar xərclərin ciddi şəkildə azaldılması barədə razılığa gəliblər. Gələn il üçün xərcləyə biləcəkləri maksimal məbləğ 145 milyon dollardır və bu, növbəti illərdə azalacaq.

F-1.az RaceFans-a istinadən bildirir ki, motorlara yenilənmələrin gətirilməsinin məhdudlaşdırılması müzakirə olunur və güc qurğuları 2023-cü ildə tamamilə dondurulacaq. Daha əvvəl motorlar mövsüm başlamamışdan əvvəl təsdiq proseduralarından keçirdi və il ərzində bir neçə dəfə yeniliklər edilməsinə icazə verilirdi.

Lakin yeni qaydalara əsasən, 2021-ci ildən 2023-cü ilə qədər güc qurğuları üzərində mövsüm ərzində yalnız bir dəfə işləməyə icazə veriləcək, 2023-cü ildən etibarən isə istehsalçılar bu imkandan da məhrum olacaqlar – yalnız təhlükəsizliklə bağlı şübhə varsa, FİA-nın nəzarəti altında müdaxilə edə biləcəklər.

FİA 2025-ci ildə mövcud V6 hibrid güc qurğularını dəyişdirməyi və yeni motorlara keçməyi planlaşdırır. Hazırki motorların dondurulması prossesinin mərhələli şəkildə aparılması komandaları pandemiyaya ilə əlaqədar yaranmış böhran dövründə xeyli xərcdən xilas edəcək.

Komandalara artıq məlumat verildiyi, rəsmi açıqlamanın bu həftə ediləcəyi bildirilir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*