F-1.az xatırladır ki, Gresini Racing keçən il Enea Bastianini ilə 4 yarış qazanmış və titul uğrunda mübarizə aparmışdı. Lakin keçən ilin sonunda italiyalı sürücü komandadan ayrılmış və onu Aleks Markes əvəz etmişdi. Aleksin komanda yoldaşı isə Fabio di Canantonio olacaq.
Bu gün İtaliya komandasının 2023-cü il motosikleti təqdim edilib. Komanda keçənilki rəng çalarını qorusa da, açıq mavi rəngin yanında gözəçarpan qırmızı rəng əlavə edilib.
Qeyd edək ki, Gresini Racing komandası qurucuları Fausto Qresininin 2021-ci ildə ölümündən sonra Aprilia ilə yollarını ayırmış və Ducati ilə anlaşmışdı.