F-1.az xatırladır ki, italiyan sürücü Ducati-də yarışan pilotlar arasında ən zəifidir. O, bəzən sıralanma turunda güclü görünsə də, heç vaxt gözləntiləri qarşılaya bilməyib. O, keçən il çümpionluq uğrunda mübarizə aparan komanda yoldaşı Enea Bastyaninidən geridə qalmış və arxa sıralarda mübarizə aparmışdı. Fabio bu il təkmilləşsə də, yenə də arxa qrupda yarışır.
Gənc sürücünün bu performansı Ducati-ni fərqli yerə yönləndirir. Onlar Moto2 üzrə Dünya Çempionatının lideri Toni Arbolino ilə maraqlanırlar. Toni hazırda Ducati komandasının radarındadır və dəyişiklik baş versə, ilk seçim o olacaq.
Toni Moto2-də üçüncü mövsümünü keçirir və bu mövsüm yaxşı performana göstərir. O, hazırda iki qələbə qazanaraq, çempionata liderlik edir.