GP2Asia-nın Bəhreyn mərhələsi təxirə salınıb

GP2Asia seriyasının Bəhreyn mərhələsi təxirə salınıb – seriyanın rəhbərliyi bu münasibətlə qısa reliz dərc edib… Relizdə deyilir: “Bəhreyndə baş verən […]

GP2Asia seriyasının Bəhreyn mərhələsi təxirə salınıb – seriyanın rəhbərliyi bu münasibətlə qısa reliz dərc edib…

Relizdə deyilir: “Bəhreyndə baş verən son hadisələrin gedişində milli federasiyanın tələbi ilə bu həftəsonu Bahrain İnternational Circuit trasında keçirilməsi nəzərdə tutulan GP2Asia-nın ikinci mərhələsi təxirə salınır…”

Hələlik məlum deyil ki, Formula1-in qarşıdakı testləri və birinci mərhələsi də ləğv olunacaqmı, amma bu gün səhər FİA-nın prezidenti Jan Todt jurnalistlərə bildirmişdi ki, federasiya bu məsələ üzrə qərarı GP2Asia-nın mərhələsi başa çatdıqdan sonra qəbul edəcək. İndi isə mərhələ təxirə salınıb.

Seriyanın rəhbərliyi bu mərhələnin başqa vaxtda və ya başqa trasda keçirilməsini dəqiqləşdirməyib. Bu il GP2Asia cəmi 3 mərhələdən ibarət idi, birinci mərhələ Abu Dabidə keçirilmişdi, ikinci və üçüncü mərhələlər isə Bəhreyndə keçirilməli idi. Sonuncu mərhələ Formula1 yarışı ilə bir olmalı idi, amma indi onun da keçirilməsi sual altındadır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*