Gill Sensors: Cihazların dəqiqliyini FİA təsdiq edib

Daniel Rikkardonun diskvalifikasiyasından sonra yanacaq sərfiyyatını ölçən cihazların düzgün işləməsinə şübhələrin yaranmasını nəzərə alan Gill Sensors şirkətinin mətbuat xidməti bu […]

Daniel Rikkardonun diskvalifikasiyasından sonra yanacaq sərfiyyatını ölçən cihazların düzgün işləməsinə şübhələrin yaranmasını nəzərə alan Gill Sensors şirkətinin mətbuat xidməti bu gün rəsmi reliz yayıb…

Relizdə deyilir: “Avstraliya Qran Prisindən sonra FİA tərəfindən yanacaq sərfiyyatına nəzarət cihazlarının işi barədə şərhləri pozitiv xarakter daşıyıb – bununla cihazların federasiyanın dəqiqlik standartlarına uyğunluğ təsdiq olunub.

Cihazların hazırlanması zamanı biz genişmiqyaslı test proqramı yerinə yetirmişdik, bir çox komandalarla əməkdaşlıq etmişdik və onlar tərəfindən cihazın konstruksiyası və funksionallığı barədə təkliflər almışdıq. Cihazların kalibrovkası FİA-nın dəvət etdiyi üçüncü tərəfin iştirakı ilə yerinə yetirilib.

Cihazlarda ultrasəs texnologiyasından istifadə olunur, bu texnologiya hətta istismarın ekstremal rejimlərində belə işləmək imkanı verir. Gill Sensors şirkəti bu cür cihazlarla 29 illik iş təcrübəsinə malikdir və məhz buna görə də FİA tərəfindən seçilib”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*