Gələn ilin sprint yarışları təsdiqlənib

Formula1 gələn mövsüm 6 trasda sprint yarışının olacağını rəsmən təsdiqləyib. Son iki mövsümün hər birində cəmi 3 belə formatda həftəsonu olmuşdu.

F-1.az xatırladır ki, bir müddət əvvəl gələnilki sprint yarışların sayı və hansı ölkələrdə baş tutacağı açıqlanmışdı. Bu gün isə məlumat öz rəsmi təsdiqini tapıb – söhbət Azərbaycan, Avstriya, Belçika, Qatar, ABŞ və San Paulu Qran Prilərindən gedir.

Formula1-in araşdırmaları göstərir ki, sprint formatı daha çox azarkeşlərin diqqətini cəlb edir. Belə ki, 2022-ci ildə Avstriya Qran Prisinin televiziya tamaşaçıları eyni formatda keçirilən 2021-ci il mərhələsi ilə müqayisədə 39% artıb. Ümumilikdə, sprint formatları 2021-ci illə müqayisədə 8% daha çox TV auditoriyası yaradıb.

Stefano Domenikali: “İlk iki ildə sprint həftəsonlarına son dərəcə müsbət reaksiyalar gördük, ona görə də gələn mövsüm belə həftəsonlarının sayı altıya çatdırılacaq. Bu format sayəsində artıq yarış həftəsonunun üç gününün hər birində azarkeşlərin bəyəndiyi mübarizə gedir. Bundan əlavə, sprintlər komandaların, televiziya şirkətlərinin, tərəfdaşların və yarış promouterlərinin xeyrinədir”.

Muhamməd bin Sulayem: “FIA və FOM arasında sıx əməkdaşlıq və daha sonra Ümumdünya Şurasının təsdiqi sayəsində 2023-cü il mövsümündə altı sprint yarışlı həftəsonunu təsdiqləməkdən məmnunuq. Təqvimə bu maraqlı əlavələri səbirsizliklə gözləyirik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*