Bolonyada FOTA-nın mətbuat konfransında təsdiq olunub ki, gələn ilin dünya çempionatı builki qaydalarla keçiriləcək, amma Britaniyanın Autosport qəzetinin məlumatına görə, Formula1-də yarışın gedişində yanacaq doldurmalar ləğv olunacaq…
FOTA-dakı mənbə təsdiq edib ki, hazırda gələn ilin reqlameninin redaktə işləri aparılır: “Reqlamentə bütün komandaların yekdilliklə dəstələdikləri bir neçə düzəliş ediləcək. Söhbət yancaq doldurmalardan və bir neçə maddədən gedir və bu iş yaxın həfətələrdə başa çatmalıdır.”
Komandalar yanacaqdolrumaların qadağan olmasına israr edirlər, çünki xüsusi avadanlıqların nəqliyyat xərcləri baha başa gəlir, həm də yanacaq taktikası yarışın baxımlılığını azaldır.