FİA-nın Ümumdünya Şurası federasiyanın gələn ildən yanacaq doldrumanın ləğv olunması təklifini bəyənib. Sıralanma turundan sonra maşınların çəkisinin dərc olunması və riskli strategiyalar keçmişdə qalacaq – indi hamı bütün yarış məsafəsini keçməyə imkan verən yanacaq miqdarı ilə starta çıxacaq…
Ümumdünya Şurasının bəyanatında deyilir: “2010-cu ildən maşınların yarış zamanı yanacaq doldurması qadağan olunacaq, bu yanacaqdoldurma avadanlıqlarının daşıma xərclərini azaltmağa imkan verəcək və istehsalçıları daha qənaətcil motorlar hazırlamağa motivasiya edəcək. Belə motorlar maşının çəkisində üstünlük qazanacaqlar.”
Yarışın gedişində yanacaq doldurulması bir neçə dəfə qadağan olunub və yenidən buna icazə verilib. Hələ 80-ci illərin əvvəllərində Brabham komandasının texniki direktoru Qordon Marri görmüşdü ki, startda maşının yanacaq ehtiyatını azaltmaqla sürətdə kifayət qədər üstünlük qazanamq olar və əlavə pit-stopu kompensə etmək olar.
1994-cü ildə yanacaq miqdarı ilə müxtəlif eksperimentləri yarışın bir hissəsinə çevirmək qərara alındı və FİA İnternique aerokosmik şirkətinin mütəxəssislərinə komandaların hamısı üçün vahid təhlükəsiz yanacaqdoldurma maşınlarının hazırlanmasını tapşırdı.
Amma pit-stoplar gələn il hələ qalacaqdır, çünki sürücülər təkər dəyişməli və sazlanmalara düzəlişlər etməlidirlər…