F-1.az xəbər verir ki, F1 Komissiyası cümə günü Əbu Dabidə toplaşaraq sprint yarışların baş tutacağı trasların siyahısını təsdiqləyib. Komissiya ötmələrin nisbətən asan olduğu və promouterlərin əlavə haqq ödəməyə hazır olduğu trasları seçib.
Beləliklə, sprintlər Bakı, Şpilberq, Spa, San Paulu, Ostin və Dohada keçiriləcək.
Təqvimin son versiyası hələ FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası tərəfindən təsdiqlənməlidir, amma bu formal xarakter daşıyır