Gələn il Monte Karloda pit-leyn yenidən qurulacaq

Monako Qran Prisinin keçirildiyi Monte Karloda gələn il genişmiqyaslı yenidənqurma işləri davam edəcək - gələn il klassik şəhər trası daha geniş və müasir pit-leynə sahib olacaq.

F-1.az Bild-ə istinadən bildirir ki, Knyaz II Alber yenidənqurma işlərini bu ilin may ayına qədər həyata keçirmək istəyirmiş, lakin mühəndislər və inşaatçılar işlərin vaxtında yekunlaşacağına zəmanət vermədiklərindən, işlər 2018-ci ilə təxirə salınıb. Bu il yarış hakimlərinin əyləşdiyi mərkəz yenilənib, podium və ona bitişik podium meydançası yenidən qurulub. Gələn il isə pit-leyn tamamilə yenilənəcək. Layihə 30 milyon avroya başa gələcək.

Monako Avtomobil Klubunun nümayəndəsi Rişar Miku bu xəbəri təsdiqləyib: “Boksların yerində iki mərtəbəli kompleks tikiləcək. Beləliklə, komandaların üzvləri üçün daha geniş yer yaratmış olacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*