Gələn il İspaniya Qran Prisi mayın 12-də baş tutacaq

Formula1-də növbəti mövsümün təqvimi hələ açıqlanmayıb, lakin bəzi yarışların tarixləri artıq mətbuatda dərc edilir.

F-1.az xatırladır ki, 2019-cu il mövsümünün martın 17-də Melburndakı yarışla start götürəcəyi açıqlanmışdı. İspaniyanın Marca qəzeti Barselonadakı yarışın mayın 12-də keçiriləcəyini yazıb.

Beləliklə, Circuit de Catalunya ardıcıl 29-cu dəfə çempionata ev sahibliyi edəcək. Bundan başqa, qəzet gələnilki çempionatın təkcə başlama tarixinin yox, həm də bitmə tarixinin məlum olduğunu yazıb – son yarış dekabrın 1-də Əbu Dabidə keçiriləcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*