Gələn il hansı ölkələr təqvimdə olmayacaq?

Formula1-in rəhbəri Çeyz Keri bildirib ki, gələn il də təqvimdə iki yeni yarış olacaq, amma hazırkı ölkələrdən ikisi təqvimdə olmayacaq.

F-1.az xatırladır ki, gələn il üçün Vyetnamla yeni müqavilə bağlanıb. Zandfort trasının da gələn il təqvimə qayıtması gözlənilir. Müqaviləsinin bitməsinə az qalan traslardan Montsanın yeni anlaşmaya hazır olduğu açıqlanıb. Barselona, Silverstoun, Hokenhaym, Meksika traslarının gələcəyi müəmmalıdır. Lakin Kataloniya trası böyük ehtimalla gələn il təqvimdə olmayacaq.

Çeyz Keri: “2020-ci il təqvimi demək olar ki, hazırdır. İki ölkə ilə müqavilə uzadılacaq. Üçü ilə də danışıqlar davam edir. Bundan başqa Vyetnam yarışını da açıqlamışıq. Tras və bazanın tikintisinə artıq başlayıblar. 22-ci döngəsi və uzun düzlükləri ilə özünəməxsus traslardan biri olacaq. Vyetnamdan başqa bir yeni ölkə ilə də ilkin müqavilə bağlamışıq. Ümid edirik ki, gələn il də təqvimdə 21 yarış olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*