Gələn il FİA-nın GALA mərasimi Hindistanda keçiriləcək

Hindistan KİV-inin məlumatına görə, hər ilin sonunda FİA-nın təşkil etdiyi yarış mövsümünün qəhrəmanlarının ənənəvi mükafatlandırılması mərasimi gələn ildən Monte Karlodan […]

Hindistan KİV-inin məlumatına görə, hər ilin sonunda FİA-nın təşkil etdiyi yarış mövsümünün qəhrəmanlarının ənənəvi mükafatlandırılması mərasimi gələn ildən Monte Karlodan Nyu Dehliyə köçəcək. Bu məlumatı artıq yerli avtoidman federasiyasında (FMSCİ) təsdiq ediblər.

Federasiyaya Force İndia komandasının sahibi Vicey Malya başçılıq edir, məhz Malya FİA-nın avtoidman üzrə Ümumdünya Şurasının son iclasında bu təkliflə çıxış edib – yeri gəlmişkən, bu orqanın gələn il son yekun iclası da Hindistanın paytaxtında keçiriləcək.

Xatırladaq ki, gələn ilin payızında bu ölkədə Formula1-in ilk Qran Prisi keçirilməlidir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*