Gələn il çempionu təyinetmə sxemi təsdiq olunub

FİA-nın Ümumdünya Şurası bu il martın 8-də Berni Ekklstounun təklif etdiyi “Qalib hər şey alır” sxemini bəyənmişdi, bu sxemə əsasən […]

FİA-nın Ümumdünya Şurası bu il martın 8-də Berni Ekklstounun təklif etdiyi “Qalib hər şey alır” sxemini bəyənmişdi, bu sxemə əsasən mövsümün gedişində ən çox qələbə qazanan sürücü çempion adına layiq görülür. FOTA isə alternativ sxem, daha doğrusu ilk səkkizlikdə finiş görən sürücülərə indikindən fərqli xalalrın verilməsi sxemini təklif etmişdi, ona görə də komandalar Ekklstounun təklifini dəstəkləmədilər. Amma bu gündən həmin qayda artıq reqlamentə daxil edilib…

6. Dünya çempionatı

6.1 Dünya çempionu mövsümün gedişində daha çox birinci yeri tutmuş sürücü elan olunacaq. Əgər qələbələrin sayı eyni olarsa, onda titulu ən çox xal toplamış sürücü qazanaacq. Birinci yerdən başqa digər yerlər də toplanmış xallara görə müəyyən olunacaq.

6.2 Mühəndislər Kubokunun qalibi komandanın iki maşınında qazanılmış xalların ən çoxuna görə müəyyən olunur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*