Gələn il 3 sprint yarışı olacaq

Artıq iki ildir ki, 2 yarışlı həftəsonları sınaqdan keçirilir. Keçən il debüt edən sprint yarışlı həftəsonlarının sayı 3 idi və bu il 6-a qaldırılması planlaşdırıldı.

F-1.az xatırladır ki, buna baxmayaraq, komandalar büdcə limitini əsas gətirərək 6 sprint yarışına etiraz etmişdi və buna görə də, bu ilin təqviminə də bir il əvvəl olduğu kimi, 3 sprint yarışı salınmışdı.

Vəziyyət yenə təkrarlanır – gələn ilin bu yaxınlarda dərc edilmiş idman reqlamentində 3 sprint yarışlı həftəsonu var. Formula1 rəhbərliyi onların sayının artırılmasında təkid edir, lakin bu komandaların mövqeyindən asılıdır. Əgər Formula1 30 səsdən 28-ni toplaya bilsə (komandaların, FİA və FOM-un 10 səsi var), say artırıla bilər.

Xatırladaq ki, keçən ilki sprint yarışları Britaniya, İtaliya və Braziliyada baş tutmuşdu. Builki təqvimdə isə İmola, Avstriyada artıq fərqli həftəsonu formatı baş tutub, Braziliya isə iki il ardıcıl sprint yarışına ev sahibliyi edəcək hələ ki, yeganə ölkədir. Gələn il isə hansı yarışların bəxtinə düşəcəyi hələ məlum deyil…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*